“Agroprotech” MMC olaraq fəaliyyətimizin mərkəzində müştəri məmnuniyyəti dayanır. Biz hər bir əməkdaşlığımızı uzunmüddətli tərəfdaşlıq kimi görür, yalnız məhsul və xidmət təqdim etməklə kifayətlənmirik — sizə dəyər verən, sizi anlayan və ehtiyaclarınıza uyğun həllər təqdim edən bir etibarlı aqrar tərəfdaş olmağa çalışırıq.
Quba, Fermer
“Agroprotech MMC ilə əməkdaşlığımızdan çox razı qaldım. Traktor və əkin texnikası sifariş etmişdim, həm qiymətlər münasib idi, həm də çatdırılma çox tez oldu. Satış sonrası texniki dəstəkləri də mükəmməldir. Gələcəkdə yenə əməkdaşlıq etməyi düşünürəm.”
Tovuz, Heyvandarlıq təsərrüfatı sahibi
“Damazlıq heyvan idxalı üçün bir neçə şirkət araşdırdıq və Agroprotech ən etibarlı seçim oldu. Simmental və Holstein cinsləri aldıq. Heyvanlar sağlam və yüksək məhsuldarlıqla seçilirdi. Həm də lizinq imkanı çox kömək oldu.”
Sabirabad, Kənd təsərrüfatı şirkəti rəhbəri
“Bizim təsərrüfat üçün texnoloji avadanlıqlar lazım idi. Agroprotech komandası bütün prosesi koordinasiya etdi – seçimdən tutmuş quraşdırmaya qədər. Servis xidməti və müştəriyə yanaşmaları peşəkar səviyyədədir. Təşəkkür edirəm!”
Bizi istər sosial mediyada istərsədə digər rəqəmsal platformalarda asanlıqla tapa və əlaqə saxlaya bilərsiniz
Müştəriləri maraqlandıran ən çox suallar haqqında burdan məlumat ala bilərsiniz. Ətraflı məlumat və digər suallarla bağlı bizimlə əlaqə saxlayın.
Siz məhsullarımızı həm nağd, həm də lizinq yolu ilə əldə edə bilərsiniz. Eyni zamanda, dövlət dəstəyi ilə 40%-ə qədər güzəşt tətbiq olunur. Ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
Biz bir sıra yüksək məhsuldar damazlıq heyvanlar təklif edirik, o cümlədən:
Simmental
Holstein Friesian
Braunvieh / Brown Swiss
Jersey
Aberdeen Angus
Saanen və Alpine keçiləri
Assaf qoyun cinsi
Bəli. “Agroprotech” MMC texnikaların quraşdırılması, texniki baxışı və təmirini həyata keçirən peşəkar servis komandası ilə xidmət göstərir.
Bəli. Satdığımız bütün texnikalar və ehtiyat hissələri istehsalçı zəmanəti ilə təqdim olunur. Hər bir məhsulun texniki dəstəyi təmin edilir.
Sifariş üçün bizimlə telefon, email və ya ofisə yaxınlaşaraq əlaqə saxlaya bilərsiniz. Komandamız sizə uyğun məhsul və satış şərtləri barədə məsləhət verəcək.
Məhsullarımız əsasən Avropa, ABŞ, Rusiya, Belarus, Çin və Türkiyə kimi ölkələrdən idxal olunur. Etibarlı istehsalçılarla əməkdaşlıq edirik.