Agroprotech MMC-nin xidmət və texniki dəstək komandası şirkətin müştərilərinə təqdim etdiyi Ensign traktorlarının daha peşəkar servis xidmətini təmin etmək məqsədilə Çinin Şanxay şəhərində keçirilən ixtisasartırma proqramında iştirak edib. Təlimlər Ensign zavodunun rəsmi mühəndisləri tərəfindən təşkil olunub və əsas diqqət traktorların mühüm texniki komponentlərinin dərin şəkildə öyrənilməsinə yönəlib.

Səfərin əsas məqsədi servis əməkdaşlarımızın Ensign traktorlarının bütün konstruksiya və texniki xüsusiyyətlərini istehsalçıdan birbaşa öyrənməsi, servis proseslərində operativliyi artırması və müştərilərə daha effektiv texniki dəstək göstərməsidir. Aparılan təlim proqramı iki əsas hissədən ibarət olub.

  1. Ensign traktorlarında elektrik, hidravlik, sürətlər qutusu və ön körpü sistemlərinin təlimi

Təlimlərin ilk mərhələsində əməkdaşlarımız Ensign traktorlarının:

Elektrik sistemlərinin quruluşu və diaqnostikası

Hidravlik sistemlərin iş prinsipi və nasazlıqların aradan qaldırılması

Sürətlər qutusunun konstruksiyası, iş rejimləri və texniki xidmət prosedurları

Ön körpü və yürüş hissələrinin texniki analizi

kimi mühüm komponentlərini istehsalçı mütəxəssislərindən birbaşa öyrəniblər.

Təlim zamanı real avadanlıqlar üzərində praktiki məşğələlər keçirilib, diaqnostik alətlərlə nasazlıq aşkarlanması, ehtiyat hissələrinin dəyişdirilməsi və servis standartları üzrə müasir metodlar tətbiq olunub. Bu, servis personalımızın Ensign traktorlarına texniki xidmət göstərərkən daha sürətli və dəqiq müdaxilə etməsini təmin edəcək.

  1. Quanchai mühərrikləri üzrə xüsusi təlim proqramı

Təlimlərin ikinci hissəsi Ensign traktorlarında istifadə olunan Quanchai dizel mühərrikləri üzrə keçirilib. Təlimdə mühərrikin:

Daxili quruluşu

Yanacaq sistemi

Elektron idarəetmə modulları

Soyutma və yağlama sistemləri

Mühərrik diaqnostikası və təmir prosedurları ətraflı izah edilib.

Mütəxəssislərimiz Quanchai mühərriklərinin uzunömürlü və səmərəli işləməsi üçün tələb olunan istehsalçı standartlarını öyrənib, həmçinin mühərrik nasazlıqlarının səbəblərini, qarşısının alınması üsullarını və texniki xidmət interval üzrə düzgün yanaşmaları mənimsəyiblər.

Agroprotech MMC-nin inkişaf strategiyasında ixtisasartırmanın rolu

Şirkət olaraq məqsədimiz təkcə yeni texnika təqdim etmək deyil, həm də müştərilərin bu texnikadan maksimum səmərə əldə etməsini təmin etməkdir. Buna görə də texniki komandanın bilik və bacarıqlarının davamlı inkişaf etdirilməsi prioritet istiqamətlərimizdən biridir.

Şanxayda keçirilən təlimlər əməkdaşlarımızın bilik bazasını daha da gücləndirib, Ensign traktorlarına göstərilən servis xidmətinin beynəlxalq standartlara uyğunlaşdırılmasına mühüm töhfə verib.

Agroprotech MMC olaraq müştərilərimizə yüksək keyfiyyətli texnika ilə yanaşı, peşəkar servis və texniki dəstək təqdim etmək öhdəliyimizi davam etdiririk.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir