Kənd təsərrüfatı texnikası və innovativ həllər sahəsində fəaliyyət göstərən Agroprotech MMC, dünyanın aparıcı kənd təsərrüfatı texnikası istehsalçılarından biri olan KUHN markasının Azərbaycanda rəsmi distribütoru statusunu əldə etmişdir.

Bu strateji tərəfdaşlıq çərçivəsində Agroprotech MMC artıq KUHN markasına məxsus müasir və yüksək keyfiyyətli kənd təsərrüfatı texnikalarının Azərbaycanda satışı, texniki dəstəyi və ehtiyat hissələri ilə təminatını rəsmi olaraq həyata keçirəcək. Razılaşma ölkə üzrə aqrar sektorun texnoloji inkişafına töhfə verməyi və fermerlərin ən son texnologiyalara çıxış imkanlarını genişləndirməyi hədəfləyir.

KUHN markası dünya miqyasında etibarlılığı, innovativ yanaşmaları və yüksək məhsuldarlıq təmin edən texnikaları ilə tanınır. Brendin məhsul portfelinə torpaq becərmə, əkin, gübrələmə, yem hazırlığı və digər kənd təsərrüfatı sahələri üçün geniş çeşiddə texnika daxildir.

Agroprotech MMC müştərilərinə yalnız məhsul satışı deyil, eyni zamanda peşəkar məsləhət, satış sonrası servis, texniki xidmət və orijinal ehtiyat hissələri ilə kompleks dəstək təqdim edəcək. Şirkət regionlarda servis şəbəkəsinin genişləndirilməsi və mütəxəssis heyətinin beynəlxalq standartlara uyğun hazırlanması istiqamətində də fəaliyyətlərini davam etdirir.

Bu tərəfdaşlıq Azərbaycanda kənd təsərrüfatının səmərəliliyinin artırılmasına, müasir texnologiyaların tətbiqinə və fermerlərin rəqabət qabiliyyətinin yüksəldilməsinə mühüm töhfə verəcək.

Agroprotech MMC – müasir aqrar texnologiyalara açılan qapınız.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir