Kənd təsərrüfatı texnikaları və innovativ aqrar həllərin təqdimatı sahəsində fəaliyyət göstərən Agroprotech MMC, Caspian Agro 2026 beynəlxalq sərgisində iştirak edib.
Sərgi çərçivəsində şirkət müasir kənd təsərrüfatı texnikaları, aqreqatlar və aqrotexniki həlləri ziyarətçilərə təqdim edib. Agroprotech MMC-in stendi sərgi iştirakçıları və fermerlər tərəfindən böyük maraqla qarşılanıb və gün ərzində çoxsaylı görüşlər keçirilib.

Şirkət nümayəndələri qeyd ediblər ki, təqdim olunan texnikalar yüksək məhsuldarlıq, yanacaq sərfiyyatına qənaət və istifadədə rahatlıq kimi üstünlükləri ilə seçilib. Sərgi zamanı bir çox potensial müştəri məhsullarla yaxından tanış olaraq əməkdaşlıq imkanlarını müzakirə edib.
“Caspian Agro 2026” sərgisi Agroprotech MMC üçün yeni tərəfdaşlıqların qurulması, bazar əlaqələrinin genişləndirilməsi və kənd təsərrüfatı sahəsində innovativ texnologiyaların təqdim edilməsi baxımından mühüm platforma olub.
Şirkət gələcəkdə də bu cür beynəlxalq sərgilərdə aktiv iştirak edərək aqrar sektorun inkişafına töhfə verməyi hədəfləyir.
